Telefon, işıq, su pulunu ödəməyənlər kredit alanda çətinlik çəkir
Azərbaycanda bank müştərilərinin ödəmə qabiliyyətini qiymətləndirməyin yeni üsulu tətbiq edilməyə başlayıb. Bir qədər əvvəl fəaliyyətə başlayan Azərbaycan Kredit Bürosu mobil telefon operatorları və kommunal xidmətlərlə əməkdaşlıq etməyə start verib.
Büronun baş direktoru Elçin Həbibov bildirib ki, hazırda büro banklar və maliyyə təşkilatları ilə yanaşı, 3 mobil operator və 3 kommunal xidmətlədə əməkdaşlıq edir: "Həmin təşkilatların məluatları da büroda əks olunur".
Banklara müştərilər kredit üçün müraciət etdikdə, və məlum olduqda ki, bu müştəri indiyədək kredit götürməyib, onun mobil operatorlara və kommunal xidmətlərə olan borcu araşdırılır: "Bu üsulla ən azından onun mobil borcları üzrə tarixçəsini öyrənmək olar. İndiki dövrdə hər şəxsin telefonu var. Telefon öz adınadırsa müvafiq müraciət etməsindən sonra təbii ki öz razılığı ilə Büroya Müraciət edilir, sorğu göndərilir. Nömrə əsasında onun haqqında məlumat verə bilirik ki, bu şəxs nə qədər istifadə edir, nə qədər ödəyir. Əgər böyük problemləri varsa bu görünür".
Büro rəhbəri bildirir ki, bu sistemə kommunal xidmətlər də qoşulub. Bunlar "Azərsu", "Azərişıq", "Azərqaz"dır. Nəticədə kommunal xidmətlərin pulunu gecikdirənlər də sistemdə qeydə alınır və bel müştərilər kredit üçün banka müraciət etdikdə bu gecikmələr onlar haqqında mənfi rəy yaradacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















