"Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın"
"Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev, "SOCAR dövlət zəmanəti ilə aldığı kreditləri qaytarmayıb və sonradan Nazirlər Kabineti həmin borcları sildi. Bu nə dərəcədə düzgündür?" sualını cavablandırarkən bildirib.
Rüfət Quliyev deyib:
"Azərbaycan hər zaman xaricdən ən yaxşı şeyi alır. Bunu mənə xaricilər deyiblər. Mən belə düşünürəm ki, bu cənab prezidentin tapşırığıdır ki, Azərbaycana nə gətiririksə, ən yaxşısını gətirək. Yaxşı da bahalı olur. Azərbaycanda deputat həmkarım Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-də bu sarıdan heç bir problem yoxdur. Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib. Adlarını soruşsanız mən deyə bilməyəcəm. Çünki bunun üçün gərək Maliyyə Nazirliyi tam açıqlamanı versin. Bir təşkilat o krediti götürübsə, onun biznesinin axırı niyə uğursuzdur? Krediti yeyib-içmək üçün götürmürlər ki... İş görmək üçün götürürlər. Allah cənab prezidentdən razı qalsın. Biz aeroportlar, idman kompleksləri və sair yerlər tikmişik və yaratmışıq. İndi isə dövlət büdcəsindən onların saxlanmasına pul ayrılıb. Mən iclasda bəyan etdim ki, Lənkəran aeroportu daxili və xarici şirkətlərin birinə icarəyə verilsin. Mənim “xarici şirkətlər” deməyim isə bəzi deputatların xoşuna gəlmədi. Buradan dövlət də qazansın, büdcədən də əlavə pul getməsin. Amma burada müəyyən məmurların maraqları üst-üstə gəlmir. Bu isə başqa məsələdir. Belə bir söz var: “Sən maşınımın içindən qoyunlara elə baxma!”. Mən hesab edirəm ki, Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın. Lap cənab prezidentə müraciət etsinlər və tender keçirsinlər".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























