Makronun açıqlamaları "sarı jilet"liləri yenə məmnun etmədi
Fransa mətbuatında yer alan xəbərlərə görə, "sarı jilet"lər, Prezident Emmanuel Makronun dünən axşam minimum maaşın 100 avro artırılacağı, 2 min avrodan aşağı əmək pensiyalarının azaldılmayacağı barədə açıqlamalarını qeyri-qənaətbəxş hesab ediblər.
"Marja" xəbər verir ki, "sarı jilet"lilərin sözçülərindən Erik Drouet etdiyi açıqlamada, Makronun aksiyaların əvvəlindən bu yana onları ciddiyə almadığını qeyd edərək, nümayişçiləri şənbə günü yeni bir aksiya keçirməyə dəvət edib.
Montauban şəhərində yaşayan və "sarı jilet"lilərə dəstək verən Kristof Torrent, mətbuata verdiyi açıqlamada, "Bu açıqlamalar çox yetərsizdir. Minimum maaşın 100 avro artırılması qənaətbəxş deyil" deyib.
Aveyron şəhərində yaşayan "sarı jilet"lilərdən Kristof da minimum maaşın 100 avro artırılmasının yetərsiz olduğunu və problemləri həll etmədiyini qeyd edib.
Makron, 5 Dekabrda "Yelisey" Sarayı vasitəsilə yanacaq qiymətlərinin artırılmasının gələn il üçün ləğv etdiyini açıqlamışdı. Ancaq "sarı jiletlər" bunu da qeyri-qənaətbəxş hesab etmişdilər.
Fransada yanacaq qiymətlərinin artırılmasına və iqtisadi şəraitin pisləşməsinə reaksiya olaraq 17 Noyabrda başlayan, ancaq daha sonra Makronun hökumətinə qarşı qəzəbə çevrilən nümayişlər, ölkədə son illərin ən şiddətli etirazı halına gəlib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)





