Dolunu yağışa çevirən cihazı ilk Azərbaycan aldı
Türkiyədə Vanda istehsal olunan və göy üzünə göndərilən səs dalğası ilə suyun kristallaşmasına mane olaraq dolunun yağışa çevrilməsini təmin edən cihazın ilk ixracı Azərbaycana həyata keçirilib.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən min hektar sahəyə kifayət edən və cib telefonuna qurulan proqramla nəzarət edilə bilən cihaza, Azərbaycana ilk ixracından sonra Avropa ölkələrindən də tələb yaranıb. Cihazın istehsalçısı Yunanıstandan da sifariş alıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
İranlı sahibkar Yadollah Nasrollahinin kənd təsərrüfatı məhsullarını doludan qorumaq üçün istehsalını düşündüyü, ancaq ölkəsindən lazım olan dəstəyi almadığı üçün Vandakı İş Təkmilləşdirmə Mərkəzinə (İŞGEM) müraciət edərək layihələndirdiyi "Dolusavar" adı verilən cihaz, kənd təsərrüfatı sektorunda böyük maraqla qarşılanıb.
Nasrollahi, ölkə daxilindən və xaricindən sifarişlər aldığından, asetilen qazın partladılması nəticəsində göy üzünə göndərilən səs dalğası ilə suyun kristallaşmasına mane olaraq dolunun yağışa çevrilməsini təmin edən aparatın seriya istehsalına keçib.
"DOLUSAVAR" NECƏ İŞLƏYİR?
Dolu kənd təsərrüfatı ilə məşğul olan fermerlərə ciddi zərər verir. Dolunun qarşısını alan bu cihazla, asetilen qazının partladılması ilə yaranan səs dalğaları göyə təxminən 10-12 kilometrlik məsafəyə çıxır. Dolu 12 kilometrlik bir hava təbəqəsinin içərisində yaranır. Orada yaranan kristalların müsbət və mənfi qütblərinin səs dalğası ilə yapışması əngəllənir. Bu şəkildə dolunun yağış kimi yağması təmin olunur. Hər bir cihaz min hektar bir sahəyə kifayət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















