“Bütün nazirliklər, qurumlar sizə arxa olacaq” - türkiyəli iş adamlarına müraciət
Rəsmi Bakı türkiyəli iş adamlarını Azərbaycana yeni investisiyalar yatırmağa dəvət edib.
Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes-Forumunda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
"Bu gün Azərbaycanda investisiya layihələrinin reallaşdırılması üçün hər bir şərait yaradılıb. Əvvəllər olduğu kimi, Azərbaycana məhsul ixrac etməyə deyil, birgə emal və istehsal müəssisələrinin təşkilinə daha çox önəm verin. Əmin olun ki, Azərbaycan dövləti, bütün nazirliklər, qurumlar sizə arxa olacaq. Bu görüşdən sonra heç bir maneəyə yol verə bilmərik", - deyə H.Əsədov bildirib.
H.Əsədov eyni zamanda Azərbaycanda baytarlıq sahəsində ehtiyac duyulan preparatların istehsal zavodunun təşkili üçün də türkiyəli iş adamlarına müraciət edib. Nazir bildirib ki, bu cür birgə müəssisənin təşkilində maraqlı olan iş adamlarına xüsusi torpaq sahəsi də ayrılmaqla hər cür dəstək göstəriləcək.
Bundan başqa, H.Əsədov qeyd edib ki, ötən il Azərbaycan Türkiyədən 100 mln. ABŞ dolları dəyərində ərzaq məhsulları idxal edib ki, bu da əvvəlki illə müqayisədə 3,5 dəfə artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)

