"Türkiyədən 50 milyon dollarlıq aqrar texnika ala bilərik"
Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes-Forumu çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik arasında ikitərəfli görüş keçirilib.
Forum çərçivəsində həmçinin Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyə və Avropa İttifaqı Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı arasında sənədlərin imzalanması baş tutub. Bunların arasında Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin VIII iclasının yekun protokolu da olub.
İmzalanma mərasimində F.Çelik bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək və Azərbaycanla Türkiyə bu müddətə qədər ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.
H.Əsədov isə qeyd edib ki, Azərbaycan Türkiyədən 30-50 mln. ABŞ dolları həcmində kənd təsərrüfatı texnikası almaq imkanına malikdir: "Biz Türkiyədən keyfiyyətli, rəqabətədavamlı kənd təsərrüfatı texnikası almaq istəyirik və türk şirkətləri texniki nəqliyyat vasitələrinin alınması üçün keçiriləcək tenderlərdə iştirak edə bilər".
H.Əsədov türkiyəli və azərbaycanlı iş adamlarını birgə istehsal müəssisələri yaratmağa dəvət edib. Nazir xüsusən də toxumçuluq mərkəzlərinin istehsalının təşkil olunmasının vacibliyini bir daha qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























