Azərbaycanlı startapçıdan innovativ layihə - Fermerlərə havadan kömək
Azərbaycanlı tələbənin rəhbəri olduğu layihə şirkətlərin, fermerlərin diqqətini çəkir. “Eagle 2.0” layihəsi çərçivəsində yığılan və alternativ enerji ilə işləyən dronlarla iri sahələri suvarmaq, təsərrüfatların havadan görüntüsünü çəkmək, ərazilərə nəzarət etmək mümkündür. Həmçinin hərbi və tibbi məqsədlər üçün də istifadə oluna bilər.
Layihə rəhbəri olan Ayxan Qurbanov 1999-cu ildə Bakıda anadan olub. Azərbaycan Texniki Universitetində proseslərin avtomatikləşməsi fakültəsində ikinci kursda oxuyur. Hazırda bir ildir ki, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasında (AREA) müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, özünün startap layihəsi üzərində işləyir.
Ayxan Qurbanov bildirib ki, “Eagle 2.0” layihəsinin ideyası Rusiyada “Gələcəyin mühəndisi-2018” müsabiqəsində iştirak edən zaman yaranıb və dronun ilkin variantı üzərində işləməyə başlayıb.
Gənc startapçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “İdeyadan biznesə” startap turuna qatılıb. “İdeyadan biznesə” turu ona ideyasını inkişaf etdirməkdə kömək olub.
“Eagle 2.0” layihəsi alternativ enerji ilə işləyən və havada uzun müddət qalan dronların yığılmasından ibarətdir. Məqsəd alternativ enerji ilə işləyən dronların bütün sahələrə inteqrasiya olunmasıdır. Misal üçün, xüsusi dronlarla fermalarda sahələrin suvarılması, obyektlərin havadan görüntüsünün çəkilməsi, onlarda yaranmış zədələrin aşkarlanması, hərbi əməliyyatlarda xüsusi yüklərin daşınması və digər funksiyaları yerinə yetirmək mümkündür”, - deyə Ayxan Qurbanov əlavə edir.
Bu dronlar 120 kiloqramadək yük qaldıra bilər.
Onun sözlərinə görə, layihə üzərində işləyən komanda Azərbaycan Texniki Universitetində açılan laboratoriyada çalışır. Universitetin nəzdində Milli Qəhrəman Çingiz Qurbanov adına ixtiraçılar klubu da yaradılıb. Klubun 50-yə yaxın üzvü var. Burada silah sistemləri və digər innovativ layihələr üzərində tədqiqatlar aparılır, modellər yaradılır.
Artıq “Eagle 2.0” dronunun bir neçə variantı da hazırdır. Gənc startapçı bir neçə aya böyük model dron hazırlamaq niyyətindədir. Hətta bəzi şirkətlər də bu dronlarla maraqlanırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
24 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)





.jpg)








