2001-də 270 milyon idi, 2018-də 38 milyard dolları keçib
ARDNF-nin yaradılmasının 19 ili tamam olur
19 il əvvəl 1999-cu ilin 29 dekabrında neft və qaz gəlirlərinin səmərəli idarə edilməsi, bu enerji resurslarından əldə edilən vəsaitlərin prioritet sahələrin inkişafına, sosial-iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılıb.
Fondun yaydığı məlumatda bildirilir ki, fəaliyyətə başladığı vaxtdan 19 il ərzində ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirmiş, öhdəliklərini layiqincə yerinə yetirmişdir.
Əgər 2001-ci ildə ARDNF-nin vəsaitləri 270 mln. ABŞ dolları təşkil edirdisə, 2018-ci il üzrə bu rəqəm artıq 38 mlrd. ABŞ dollarını keçmişdir.
Bugün ARDNF tərəfindən bu vəsaitlərin səmərəli idarə edilməsi prinsipi əsasında ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin müdrik qərarına əsasən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ARDNF-nin vəsaiti hesabına həyata keçirilir. Ölkəmiz üçün çox mühüm iqtisadi, siyasi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, "Star" neft emalı kompleksinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri də ARDNF tərəfindən maliyyələşdirilmişdir. Bunlarla yanaşı, hazırda Samur-Abşeron suvarma sisteminin yenidən qurulması tikintisi layihəsinin maliyyələşdirilməsi Fond tərəfindən həyata keçirilir.
ARDNF tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Bu layihənin əsas məğzi “qara qızılın insan kapitalı”na çevrilməsi ideyasının reallaşdırılmasıdır.
Yaradıldığı gündən etibarən şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir və bu şəffaf fəaliyyətinin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk məhz Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Bununla yanaşı, ARDNF 2018-ci ilin oktyabr ayında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilmiş və dövlət vəsaitlərinin idarə edilməsi üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yerdə qərarlaşmışdır.
Həyata keçirilən bütün bu tədbirlər sayəsində bugün ARDNF nəinki Azərbaycan, eyni zamanda beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
14 d. əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 28 d. əvvəl
-
40 d. əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır




















.jpg)




