Nəhəng bank neft qiyməti proqnozlarını aşağı saldı
ABŞ-ın investisiya bankı və maliyyə xidmətləri şirkəti "Goldman Sachs", bu ilə dair Brent növü xam neftin qiymət proqnozunu bir barel üçün 70 dollardan 62,5 dollara endirdiyini açıqlayıb.
"Marja" xəbər verir ki, "Goldman Sachs"dan verilən açıqlamada, ABŞ-ın Qərbi Texas tipli (WTI) xam neftin orta hesabla barrel qiyməti proqnozunun da 64,50 dollardan 55,50 dollara endirildiyi bildirilib.
Açıqlamada, 2015-ci ildən bu yana dünya miqyasında davam edən güclü makro-iqtisadi çətinliklərə diqqət çəkilib, qlobal neft tələbdəki artımın 2019-da keçən ilə nisbətən daha zəif olmasının gözlədiyinə yer verilib.
ABŞ-ın şist nefti istehsalındakı artımın ötən il güclü olduğunun vurğulandığı açıqlamada, qlobal neft ehtiyatlarının da yüksək səviyyədə davam etdiyi qeyd edilib.
Açıqlamada, bu il Braziliya və Kanada yaranacaq əlavə neft hasilatının dünya miqyasında təklifi daha da artıracağına toxunularaq, Brent neftin 2019-cu il üçün orta hesabla barrel qiymətinin təxminin 70 dollardan 62,5 dollara endirildiyi bildirilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) keçən ay verdiyi açıqlamada, 2019-cu il üçün neft qiyməti proqnozunu 11 dollar aşağı saldığını bildirərək, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 72 dollar əvəzinə 61 dollar olmasının nəzərdə tutulduğunu bildirmişdi.
Digər bir amerikalı investisiya bankı və maliyyə xidmətləri təşkilatı "Morgan Stanley" isə, keçən ay, 2019 üçün Brent neftin qiymətini 78,50 dollardan 68,50 dollara saldığını açıqlamışdı.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
























