Bir neçə kabel şəbəkəsi yayımçısı cərimələndi
Ötən il bir neçə kabel şəbəkəsi yayımçısı tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyətçilərin razılığının olmadığı müəyyən edilib. Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib.
Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən - teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə - “Metronet” MMC, “Uninet” MMC və “Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilib.
Məhkəmələr tərəfindən qeyd olunan pozuntuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 (üç min) manat cərimə cəzası tətbiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
- 7 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
7 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
7 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Ən çox oxunanlar
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
























