"Məhsullarımızı mart ayında yerli bazara çıxarmağı planlaşdırırıq"
Neftçalada yaradılan sənaye məhəlləsində inşa olunan balıq yemi istehsalı zavodunda son tamamlama işləri görülür, avadanlıqlar quraşdırılır.
Zavodun direktoru Zaur Salmanov bildirib ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədinə əsasən idxal edilən müasir texnika və avadanlıqlara görə sahibkarların əlavə vergi və rüsumlardan azad edilməsi iş adamlarının maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar ilkin investisiya xərclərinə 30 faizədək qənaət etməyə imkan verib.
Zavodun illik istehsal gücünün 25 min ton balıq yemi təşkil edəcəyini vurğulayan Z.Salmanov müəssisədə son tamamlama işlərinin aparıldığını, Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılmasına başlanıldığını bildirib.
Yeni zavodun Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olduğunu qeyd edən Z.Salmanov layihənin reallaşmasının digər rayonlarda da balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
“Artıq məhsullarımızı mart ayının sonlarında yerli bazara çıxarmağı planlaşdırırıq. Müasir və keyfiyyətli yemlərdən istifadə keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı və qara kürü istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Ümumilikdə isə, balıq məhsullarına olan tələbatın əsasən daxili istehsal hesabına təmin edilməsi idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq”, - deyə o bildirib.
Zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Bu da, öz növbəsində, regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabət qabiliyyətinin artırmasına səbəb olacaq. Müəssisədə 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Gələcəkdə iş yerlərinin sayının daha da artırılacağı nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






















