Hesab.az və Bakcell-dən birgə kampaniya
(®) Onlayn ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan “Goldenpay” şirkəti istifadəçilərinə daha bir yeniliyini təqdim edir.
Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan “Goldenpay” şirkətinin onlayn xidmətlər platforması olan Hesab.az saytı ilə Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə təqdim etdikləri yeniliyə əsasən artıq siz balansınıza rahat şəkildə nəzarət edə biləcəksiniz.
Belə ki, Hesab.az vasitəsiylə balansınız siz təyin etdiyiniz tarix aralığında qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq. Beləliklə də siz internetinizin, ödəniş etmək üçün əlverişli şəraitinizin olmadığı zamanlarda, təcili əlaqə saxlamağa ehtiyac duyduğunuz anlarda Hesab.az sayəsində əlavə qayğılardan uzaq olacaqsınız.
Eyni zamanda qeyd edək ki, Hesab.az- da avtomatik ödənişlərə daxil olaraq ”Bakcell -Top-up” - avtomatik ödəniş növünü ilk dəfə aktiv edən bütün istifadəçilərə Bakcell tərəfindən 300 MB pulsuz veriləcək. Siz də Hesab.az- ın sizlərə təmin etdiyi özəlliklərdən yararlanaraq həyatınızı rahatlaşdırın.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “GoldenPay” 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında “GoldenPay” şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 17 d. əvvəl
- 35 d. əvvəl
- 52 d. əvvəl
-
53 d. əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















