2017-də zərər etmişdi, ötən il 3 milyon manatdan çox qazanıb
“Rabitəbank” ASC 2018-ci ili 3 milyon 124 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 11 milyon 563 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə Bankın faiz gəlirləri 9 milyon 848 min manat və ya 38,6% artaraq 35 milyon 361 min manata qalxıb, qeyri-faiz gəlirləi isə 3 milyon 993 min manat və ya 28% azalaraq 10 milyon 294 min manata düşüb.
Xərclər çıxıldıqdan sonra ötən il “Rabitəbank” 8 milyon 698 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 5 milyon 574 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nətəcədə “Rabitəbank” 2018-ci ili 3 milyon 124 min manat xalis mənfəət ilə bağlayıb.
2017-DƏKİ ZƏRƏRİN SƏBƏBİ
2017-ci ildə “Rabitəbank” 8 milyon 566 min manat əməliyyat mənfəəti əldə etmişdi. Lakin ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata 20 milyon 128 min manat ayırdığından həmin ili 11 milyon 563 min manat zərər ilə başa vurmuşdu. 2017-ci illə müqayisədə ötən il ehtiyatlara ayırmanın azalması bankda kredit və depozit risklərinin və problemli kreditlərin azaldığına işarədir.
VERİLƏN KREDİTLƏR ARTIB
“Rabitəbank” müştərilərə verdiyi kreditlər artıb. Ötən il müştərilərə verilən kreditlər 83 milyon 120 min manat və ya 35,4% artaraq 317 milyon 765 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2017-ci illə müqayisədə isə Bankın cəmi aktivləri 44 milyon 872 min manat və ya 6,2% artaraq 772 milyon 113 min manata qalxıb.
MƏCMU KAPİTALI ARTIB
"Rabitəbank" yüksək məbləğdə məcmu kapitala malik olan banklardan biridir. Belə ki, 31 Dekabr 2018-ci il tarixində "Rabitəbank" 102 milyon 979 min manat məcmu kapitala malik olub. 2017-ci ilin sonunda Bankın 92 milyon 195 min manat məcmu kapitalı vardı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















