Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kredit portfelinin dollarlaşma səviyyəsi yenidən artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit portfelinin dollarlaşma səviyyəsi yenidən artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 milyard 946,7 milyon manatı xarici valyutada olan kreditlərin payına düşüb.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq statistikasından məlum olur.

 

Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,8 faiz bəndi artım müşahidə olunub.

 

Sözügedən nisbət 2018-ci il dekabrın 1-nə 37,2%, 2018-ci ilin əvvəlinə 40,9% olub. 2019-cu il yanvarın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 13 milyard 20,3 milyon  manat təşkil edib. Bunun da 1 milyard 585 milyon manatını və yaxud 12,2%-ni vaxtı keçmiş kreditlər olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

04.02.2019 12:47

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18