"Qəzalı evlərin sakinləri köçürüləcək, dövlət tərəfindən köməkliklər olacaq"
Şamaxıda baş verən gecəki zəlzələdən sonra hadisə yerinə gedən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin episentrindəki kəndə də baş çəkib.
Nazir qeyd edib ki, bir az əvvəl vertolyotla zəlzələnin episentrində yerləşən kəndə eniş ediblər:
"Orada da ciddi fəsad baş verməyib".
K. Heydərov əlavə edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək:
"Yaxşı ki, rayon camaatı bu hadisəni panika ilə qarşılamayıb, buna da ehtiyac yox idi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və əməkdaşlarına da nazirliyimiz adından təşəkkür edirəm. Onlar operativ formada işləyib camaatı sakitləşdirib.
Qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək. Uçmaq təhlükəsi olan bir neçə ev var. Onlara dövlət tərəfindən köməkliklər olacaq. Təmir-bərpa işləri zəruri olan yerlərdə də işlər görüləcək"
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)






.jpg)





