Qadın liderliyi - biznesin inkişafı üçün platforma
Azərbaycanın ən iri investisiya qruplarından biri PAŞA Holdinq və ölkənin aparıcı korporativ banklarından biri PAŞA Bank qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramının növbəti tədbirini keçirib.
Proqramın məqsədi holdinq və ona daxil olan Strateji Aktivlərin qadın əməkdaşlarına onların öz komandalarında görkəmli liderlərə transformasiya edilməsində dəstək göstərməklə yanaşı korporativ uğura və peşəkar inkişafa təkan verməkdir. Proqram qadın sahibkarlardan və top-menecerlərdən ibarət “Azərbaycanın 100 işgüzaq qadını” şəbəkəsi tərəfindən hazırlanıb və icra edilir.
Tədbirdə çıxış edən PAŞA Holdinqin direktorunun müavini Fərid Məmmədov bildirib ki, şirkət işgüzar mühitdə uzunmüddətli təlimlər və peşəkar inkişaf proqramları təşkil etməklə korporativ mədəniyyətin təşviq etdirilməsi istiqamətində davamlı şəkildə çalışır.
“Proqram çərçivəsində təcrübələri ilə bölüşən xanım həmkarlarımızın və eyni zamanda tədbirə qonaq qismində dəvət olunan spikerlərin dəstəyi holdinqimizin digər əməkdaşlarının da inkişafına töhfə verəcək”, - deyə Fərid Məmmədov qeyd edib.
Fərid Məmmədov proqramın köməyilə PAŞA Holdinq daxilində kommunikasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.
“Bu cür layihələri həyata keçirən PAŞA Holdinq öz peşəkar heyətinə korporativ mədəniyyəti tam fərqli səviyyədə aşılamaqla ölkənin korporativ sektoru üçün nümunə olur. Proqramın məqsədi qadınlara təhsildə və ünsiyyətin qurulmasında yardım göstərmək, onların hüquqlarını və imkanlarını genişləndirmək və ilhamlandırmaqdır. Öz nümunəsi ilə biznesdə uğur imkanlarının geniş olduğunu nümayiş etdirən qadınlar proqram iştirakçıları üçün bir nümunə olub, onlara liderlik bacarıqlarını artırmaqda kömək edəcəklər”, - deyə “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri Tatyana Mikayılova qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)







