Bank of Baku-nun 145 Məlumat Mərkəzi 10 yaşını qeyd edir!
Ölkənin bank sektoruna gətirdiyi onlarla yenilikləri ilə innovator adını qazanan Bank of Baku həm də müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Məlumat Mərkəzini təqdim edən ilk bank olub.
Belə ki, 2007-ci ilin bu günündə ölkəmizdə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında 145 Məlumat Mərkəzi fəaliyyətə başladı. Keçən 10 il ərzində Məlumat Mərkəzi 1 milyondan artıq müştəri zəngini qəbul edib, onların Bankın məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin edə bilmişdir.
145 Məlumat Mərkəzi zənglərin cavablandırılması ilə yanaşı, Bankın korporativ saytları (http://www.bankofbaku.com/ və http://www.bolkart.az/) üzərindən daxil olan müraciətlərin icrası (kredit, debet kart sifarişi, zəng sifarişi, onlayn məsləhətçi, video zəng), həmçinin sosial şəbəkələrin və 8145-ə daxil olan sorğuların cavablandırılmasını da həyata keçirir.
Həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərən 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla müştərilər aşağıdakı xidmətlərdən rahat şəkildə istifadə edə bilərlər:
- Operatora qoşulmadan 24/7 rejimində kredit hesabı və plastik kart balansı haqqında məlumat əldə etmək;
- Plastik kartlar üzrə əməliyyatların, kartın itirildiyi və ya oğurlandığı zaman istənilən an bloklaşdırılması və ya blokdan çıxarılması imkanı;
- Geri zəng xidməti – xəttə gözləmək imkanı olmayan müştərilər İVR menyu üzərindən nömrələrini qeyd etməklə, mərkəzin əməkdaşlarının onlarla əlaqə saxlamalarını təmin edə bilərlər;
- Kredit və ya zəng sifarişinin yerləşdirilməsi;
- İrad və təkliflərin operatorla əlaqə saxlamadan qısa vaxt ərzində qeydə alınması;
- Bankın xidmət, məhsul və cari kampaniyaları haqqında məlumatın əldə edilməsi.
145 Məlumat Mərkəzinin təqdim etdiyi bu və digər xidmətlərdən faydalanmaq üçün gündəlik olaraq 4000 nəfərdən çox müştəri mərkəzlə ya birbaşa olaraq zəng edərək, ya saytdakı onlayn məsləhətçi və video zəng xidmətindən istifadə edərək, ya da sosial şəbəkələr vasitəsilə müraciətlərini ünvanıayaraq əlaqə saxlayırlar.
145 Məlumat Mərkəzinə daxil olan müraciətlərin illik sayı orta hesabla aşağıdakı kimidir:
- Edilən zənglərin sayı – 250.000
- Sayt vasitəsilə daxil olan müraciətlərin sayı – 20.000
- Onlayn məsləhətçi xidmətindən istifadə edən müştəri sayı – 30.000 nəfər
- Sosial şəbəkələr vasitəsilə daxil olan müraciatlər – 61.000
Qeyd edək ki, 145 Məlumat Mərkəzinə istər şəhərdaxili telefonlardan, istərsə də regionlardan zənglər pulsuzdur. Xaricdə olan müştərilər +994 12 50 50 145 nömrəsi vasitəsilə Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Zəng etmək imkanı olmayan müştərilər http://www.bankofbaku.com/ saytında istifadəyə verilmiş video zəng xidmətindən faydalanmaqla onlayn məsləhətçiyə müraciətlərini canlı-canlı bildirib, onları maraqlandıran suallara cavab tapa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
7 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
8 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
9 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


.jpg)










.jpg)




