Bazarlar Fed-in iclas protokollarına fokuslanıb
Bazarlar bu axşam açıqlanacaq Fed-in iclas protokollarına fokuslanıb.
Son toplantıdan bu yana "şahin" tərəfdən "göyərçin" tərəfə keçən Fed-in protokollarda verəcəyi pul siyasəti mesajları əhəmiyyətli olacaqdır.
"Marja" xəbər verir ki, 2018-ci ildə 4 dəfə faiz artıran Fed Yanvar ayı toplantısında faizləri dəyişdirməyərək 2.25 - 2.50% aralığında sabit saxladı. Fed açıqlamasında, faiz artırmaqda səbrli olacağını qeyd etmişdi. Açıqlamada balansın normallaşmasına dair, lazım olarsa balansın azalmasının dayandırılacağı və ya əksinə azaldılacağı mesajı verilmişdi.
Protokollarda 4 trilyon dolların üzərindəki balansın azaldılmasına dair qeyd ediləcək detallar bazar üçün əhəmiyyətli olacaq.
Protokollar bu axşam Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq.
NOMURA
"Nomura" balansın normallaşdırılmasına dair planda aydınlaşma gözlədiklərini açıqlayıb.
UBS
UBS isə ən önəmli məsələnin inflyasiya olduğunu açıqlayıb. "Fed-in "səbrli" olmasında inflyasiyanın kritik əhəmiyyətdə olduğunu düşünürük. Protokollar, aşağı inflyasiya və inflyasiya gözləntilərinə dair narahatlıqları gün işığına çıxara bilər".
"Şahin" mövqe - pul siyasətinin sərtləşdirilməsinin tərəfdarı olmaq
"Göyərçin" mövqe - pul siyasətinin yumuşaldılmasının tərəfdarı olmaq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










