Gömrükdən "17,7 dollara quzu əti idxalı"na münasibət
Bahalı quzu əti bəzi restoranlar tərəfindən ölkəyə gətirilib
Dövlət Gömrük Komitəsi (DGK) sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran məlumatlara aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.
Üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.
Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.
Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























