“AzəriKard” ilə əməliyyatların sayı 10% artıb
Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” 2018-ci il üzrə fəaliyyət göstəricilərini təqdim edib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin nəticələrinə əsasən prosessinq mərkəzində xidmət göstərilmiş kartların sayı 2017-ci illə müqayisədə 3% artıb, əməliyyatların sayı isə ötən illə müqayisədə 10% artıb.
Hal-hazırda şirkətin POS terminallarının sayı 35000-dən, ATM-lərinin sayı isə 1600-dən artıqdır.
Artıq 22 ildir ki, tam kart prosessinq mərkəzi kimi fəaliyyət göstərən “AzəriKard” bütün bilinən prosessinq xidmətləri ilə yanaşı bazarda yüksək tələbi olan VDEP/MDES, VISA Direct, MasterCard Money Send, Cash by Code, Visa Pay Wave, MasterCard Pay Pass, PIN Set, PIN Change, elektron bankçılıq (mobil və internet) və s. kimi yeni və müasir dövrün tələblərinə uyğun layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
“AzəriKard” əsas fəaliyyəti ilə yanaşı bir çox xidmətlərin ödənişlərinin də elektron qəbulunu həyata keçirir, o cümlədən telefon abunə və danışıq haqları, kommunal xidmət haqqları, gömrük rüsumları və vergilərin ödənişləri.
“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay, JCB və MİR Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk və yeganə prossesinq mərkəzidir.
Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















