Bank Respublika gənclər üçün “Qış təcrübə proqramı”na start verib
Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı” na start verib.
Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunmuşdur. Aparılan testlər nəticəsində ən savadlı 32 gənc “Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb.
3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.
Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, Bank Respublika bundan öncə də gənclər üçün “Yay Təcrübə Proqramı” həyata keçirmişdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 8 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 47 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
















.jpg)






