Azərbaycanda 9 bankın nağd vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il yanvarın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət, 9-da isə mənfi dinamika müşahidə edilib.
Nağd vəsaitlərini artırmış banklar "Azərbaycan Sənaye Bankı", "NBC Bank", "Naxçıvan Bank", "AGBank", "Access Bank", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Nikoyl Bank", "Amrah Bank", "Xalq Bank", "Bank VTB Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan" və "Muğan Bank"dır. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (2 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (4,4%) qeydə alınıb.
İl ərzində nağd vəsaitləri azalmış 9 bank arasında isə ən kəskin azalma "Bank BTB"də (33,9%), ən yumşaq azalma isə "Premium Bank"da (5,5%) baş verib.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.
2 bankın nağd vəsaitləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il yanvarın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 2-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
Bunlar "Kapital Bank" (382,064 milyon manat), "Access Bank"dır (63,257 milyon manat).
Qalan 20 bankdan 13-nün nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 7 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 214 min manatdır.
Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























