Avtomobil dileri sığorta şirkətinin 2-ci böyük səhmdarı oldu
“Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33%-ni əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.
“Marja”nın əldə etdiyi məlumata görə, “Toyota Abşeron Center” payları digər hüquqi şəxs səhmdarlardan əldə edib. Şirkətdə mühüm iştirak payına (51%-dən çox) malik olan “Bank Respublika” ASC-nin payının təxminən 60% səviyyəsindən 51-52 faiz səviyyələrinə düşdüyü bildirilir. “Bakı Sığorta” səhmdarlarının payları barədə dəqiq nisbətlər Milli Depozit Mərkəzinin təqdim edəcəyi arayışdan sonra məlum olacaqdır.
Son əməliyyatlaradək, nizamnamə kapitalı 8 milyon 925 min 440 manat olan "Bakı Sığorta"nın səhmdarları “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%) idi.
“Bakı Sığorta”, səhmdarı olmamışdan öncə “Toyota Abşeron Center” ilə əməkdaşlıq edir.
“Toyota Abşeron Center” "Toyota Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi dileridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)






