“Azərbaycanda imzalanmış fərmanın presedenti yoxdur”
“Başqa ölkələrin problemli kreditlərlə bağlı həyata keçirdiyi proqramların maliyyə tutumu və əhatə dairəsi Azərbaycanla müqayisədə dəfələrlə kiçikdir”.
Bunu Birinci Vitse-Prezidentin köməkçisi Xalid Əhədov Real TV-də bildirib.
“Bildiyiniz kimi, son illər dünya bazarında neftin qiyməti bir neçə dəfə düşüb və bu, neft iqtisadiyyatına malik ölkələrin milli valyutalarının məzənnəsinə mənfi təsir edib. Bu da son nəticədə həmin ölkələrin vətəndaşlarının kredit ödənişlərində çətinliklər yaradıb. Fikir versək görərik ki, bu ölkələrin əksəriyyətində problemli kreditlərlə bağlı tədbirlər görülməyib, bəzi ölkələrdə də yalnız xarici valyutada götürülmüş ipoteka kreditləri ilə bağlı müəyyən addımlar atılıb (Azərbaycanda ipoteka kreditləri yalnız milli valyutada verilir). Bəzi ölkələrdə isə sadəcə vədlər verilib. Amma bu vədlərin icrası barədə ictimaiyyətdə heç bir məlumat yoxdur.
Bu yaxınlarda mətbuatda bir məlumat getdi. Birləşmiş Ərəb Əmirliklərində problemli kreditlərlə bağlı hansısa işlər görüləcək. Amma burada söhbət yalnız 3 min adamı əhatə edən proqramdan gedirdi. Amma Prezident İlham Əliyevin imzaladığı fərman 800 mindən artıq insanın problemini həll edir. Bu fərmanın maliyyə tutumunu, ayrılacaq vəsaitin ölkənin ümumi daxili məhsuluna və bank sektorunun aktivlərinə nisbətini nəzərə alsaq deyə biləri ki, onun presedenti yoxdur”, - deyə o, qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























