Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
31 yanvar 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 602.9 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 485.6 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatsının yaydığı məlumata görə, sektorun balans kapitalı 4 milyard 117.3 milyon manat olub.
2019-cu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3% (100.4 milyon manat), öhdəlikləri 0.2% (55 milyon manat), balans kapitalı isə 1.1% (45.4 milyon manat) artıb. Bankların kredit portfeli 12 milyard 541 milyon manat təşkil edib.
2019-ci ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 7 milyard 980.7 milyon manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0.4% (21.1 milyon manat) artaraq 5 milyard 500.1 milyon manat olub.
Yanvar ayında bankların əməliyyat mənfəəti 78.2 milyon manat, xalis mənfəəti isə 42.6 milyon manat təşkil edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 510 olub. Bank sektorunun işçi heyətinin sayında artım yanvar ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin ilk ayında işçi sayı 1.0% (173 nəfər) artaraq 17 588 nəfər təşkil edib.
31 yanvar 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























