Bank sektoru adından Prezident İlham Əliyevə müraciət
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə Azərbaycan Bank sektoru adından müraciət ünvanlanmışdır.
"Marja" Azərbaycan Banklar Assosiasiyasına istinadən müraciəti təqdim edir.
Möhtərəm Cənab Prezident,
Müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş və beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır.
Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu iqtisadi siyasətin, köklü struktur islahatların nəticəsində, qlobal iqtisadi konyunkturda baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin edilmiş, iqtisadi artım bərpa olunmuş və iqtisadi inkişaf davam etmişdir. Bu, mahiyyətcə yeni xarakter kəsb edən iqtisadi və institusional islahatlar ölkə iqtisadiyyatının güclənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli dayanıqlı inkişaf üçün yeni perspektivlər açmışdır. Əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas prioritetlərindən biridir.
Reallaşdırılan genişmiqyaslı və fundamental tədbirlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuş və 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, dünyanın bir çox ölkələrini geridə qoymuş, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.
Ölkə vətəndaşlarının mənafeyi əsas tutularaq Sizin tərəfinizdən imzalanmış, əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edəcək mötəbər bir sənəddir.
Öz növbəmizdə, Fərmandan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə hazır olduğumuzu bildirməklə, göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
6 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
7 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
8 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib

















