7 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il yanvarın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 9-da müsbət, 7-də isə mənfi dinamika müşahidə edilib.
Mərkəzi Bankdakı vəsaitlərini azaltmış banklar "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azərbaycan Sənaye Bankı", "Nikoyl Bank", "Günay Bank" və "Access Bank"dır. Ən çox azalma "Günay Bank"da (78,4%), ən az azalma isə "Muğan Bank"da (3,5%) qeydə alınıb.
İl ərzində Mərkəzi Bankdakı vəsaitləri artmış 9 bank arasında isə ən yüksək dinamika "AFB Bank"da (3,2 dəfə), ən aşağı dinamika isə Pakistan Milli Bankının Bakı filialında (16,9%) baş verib.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
4 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il yanvarın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 4-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
Bunlar "Kapital Bank" (783,966 milyon manat), "AFB Bank" (101,551 milyon manat), "Naxçıvan Bank" (81,019 milyon manat) və "Xalq Bank"dır (50,276 milyon manat).
Qalan 12 bankdan 6-nın Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankda isə 1- 10 milyon manat arasındadır.
Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















