"Beynəlxalq Bank üzləşdiyi çətinliklərdən tam xilas olub"
"Azərbaycan Beynəlxalq Bankı bir neçə il əvvəl üzləşdiyi çətinliklərdən artıq tam xilas olub".
"Marja" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Bəli, böyük əminliklə bunu söyləyə bilərik. Ötən 2 ildə həyata keçirilən sağlamlaşdırma tədbirləri və müştərilərimizin bizə olan inam və etibarı sayəsində çətinliklər geridə qaldı. Bankın aktiv və öhdəliklərinin restrukturizasiyası prosesi uğurla başa çatdırıldı. Həm maliyyə və kadr sağlamlaşdırılması, həm əməliyyat effektivliyi baxımından çox mühüm addımlar atıldı. Bütün bunların müsbət təsirlərini artıq müştərilərimiz və tərəfdaşlarımız hiss edir",- Abbas İbrahimov əlavə edib.
Abbas İbrahimov, Azərbaycan Beynəlxalq Bankının növbəti 3 il üzrə Strateji İnkişaf Planının hazırlandığını bildirib:
"Hazırda bankın növbəti 3 il üzrə Strateji İnkişaf Planı üzərində işləyirik. Bu işdə bizə dəstək olması üçün ilin əvvəlində ölkəmizdə yerli ofisi olan nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq etməyə başlamışıq. Konsultant komandasında İngiltərə, Türkiyə və Rusiya kimi qabaqcıl bank təcrübəsi olan ölkələrdən peşəkarlar iştirak edir. Artıq 2 aya yaxındır ki, onlarla birlikdə bu layihə üzərində işləyir, ilin birinci yarısında layihənin başa çatmasını planlayırıq. Yeni strategiyamız və bundan irəli gələn Fəaliyyət Planımız təsdiqlənən kimi ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, "Marja"da Abbas İbrahimovun geniş müsahibəsi yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























