Beynəlxalq Bank 20 illik ipotekası üçün sorğu keçirir
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı 20 illik ipotekanı daydırdıqdan sonra bir sıra tikinti şirkətlərinin satışları kəskin aşağı düşüb. İndiyədək tikinti mərhələsində mənzilləri 20 illik ipoteka krediti ilə rahat satmış şirkətlər, bu gün daxili kreditləri ilə satışları canlandırmağa çalışırlar. Lakin 3 -5 illik daxili kreditlərdə aylıq ödənişlərin 1500-3000 manat civarında olması mənzil alışına maraq yaratmır.
“Marja”nın əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankı əvvəllər bankdan ipoteka krediti götürmüş müştərilər arasında sorğu keçirir. Sorğu zamanı, müştərilərin ödəniş davamiyyəti, MTK-dan narazı olub-olmadıqları soruşulur. Məlumata görə, sorğunun nəticəsindən asılı olaraq ipoteka krediti bərpa edilə bilər. Əvvəllər layihələri 20 illik ipoteka krediti ilə maliyyələşdirilmiş tikinti şirkətlərinin sakinlərinin MTK-dan ciddi narazılıqları və kreditin ödənişində çətinlikləri olmasa kreditin bərpa edilməsi üçün əsas yaranar.
Digər bir məlumata görə, Beynəlxalq Bank ipoteka kreditini ən azı illik 12%-lə bərpa edə bilər. Əvvəllər 8% ilə verilən kredit dayandırılmamışdan əvvəl 10% ilə ayrılırdı.
Azərbaycan Beynəlxalq Bankından “Marja”nın sorğusuna cavab olaraq bildirilmişdi ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı (ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən - Red).
Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. Bankdan o da bildirildi ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


