BVF: Azərbaycanın bank sektorunda rəqabət zəifdir
Azərbaycanın bank sektorunda rəqabətin kifayət qədər zəif olması kiçik və orta sahibkarların (KOS) maliyyəyə çıxışını məhdudlaşdırır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regionda kiçik və orta sahibkarların maliyyə inteqrasiyasına dair hesabatında deyilir.
"Banklar arasında rəqabətin olmaması kiçik və orta sahibkarların maliyyəyə çıxışını məhdudlaşdırır. Digər araşdırmalara görə, bank rəqabəti KOS-un maliyyəyə çıxışına müsbət təsir göstərir. Bank rəqabətinin ən yüksək əmsalı 1 bal, Azərbaycanda isə cəmi 0,3 baldır", - deyə hesabatda bildirilir.
BVF qeyd edir ki, kredit məlumatları KOS-un rəsmi maliyyə mənbələrinə çıxışı üçün ən vacib amillərdən biridir.
"Kredit məlumatlarının keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi maliyyə inteqrasiyası, eləcə də məşğulluq və iqtisadi artım üçün (xüsusilə KOS-la bağlı hallarda) çox faydalı ola bilər.
Girov tələblərinin çox yüksək olduğu ölkələrdə girovun kəmiyyətinə orta tələblər kreditin dəyərinin 250%-nə çata bilər, kredit məlumatlarının yaxşılaşdırılması bu cür məhdudiyyətləri yumşalda və KOS-ların maliyyəyə çıxışını təmin edə bilər. Belə ölkələrə girov kəmiyyətinin 250%-ə çatdığı Azərbaycan da daxildir”, - deyə hesabatda qeyd olunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























