““AccessBank” rebrendinq etməyi düşünmür”
“Access Microfinance Holding AG”nin yeni səhmdar tərkibində olmamasına baxmayaraq “AccessBank” adını dəyişməyi və rebrendinq etməyi düşünmür”.
Bunu “Marja”ya “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
“Yeni səhmdarlar arasında “Access Microfinance Holding AG”nin adı yoxdur. Bu şirkət öz payını törəmə şirkəti olan “LFS Advisory GmbH”a stıb. Bu şirkətin “AccessBank”da payı 1.27%-dir. Bu da həlledici nisbət deyil. “Access Microfinance Holding AG”in “AccessBank”dakı payını satmasından asılı olmayaraq Bank adını dəyişməyi və rebrendinq etməyi düşünmür”.
Xəbər verdiyimiz kimi, “AccessBank”ın 6 səhmdarından 3-ü paylarını satıb. Eyni zamanda, “AccessBank”ın nizamanamə kapitalının 118,5 milyon manat artırılması hesabına yeni səhmdarlar cəlb edilib. 118.5 milyon manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 milyon manata çatıb.
Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları:
responsAbility SICAV (Lux) - 2.91%
responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%
Qeyd edək ki, yeni səhmdar strukturunun formalaşmasındakı əməliyyatlar üzrə "AccessBank" "İnvestAZ" İnvestisiya Şirkəti ilə əməkdaşlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















