Beynəlxalq Bankın rəhbərliyi Türkiyədə səfərdə olub
Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, onlar Türkiyənin aparıcı maliyyə qurumlarından Türkiyə İş Bankası və QNB Finansbank-ın rəhbər heyəti ilə görüşlər keçiriblər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Türkiyə bankları ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Beynəlxalq Bankının yeni İnkişaf Strategiyasının hazırlanması layihəsi çərçivəsindədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən bankın növbəti üç il üzrə strateji inkişaf planının hazırlanması üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə birlikdə iş gedir. Burada xarici bankların, xüsusilə qonşu ölkələrdən Türkiyə və Rusiya banklarının müxtəlif seqmentlər üzrə əldə etdiyi mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi mühüm yer tutur.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov səfərin kifayət qədər uğurla keçdiyini bildirib: “Həm Türkiyə İş Bankası, həm də QNB Finansbank Türkiyənin və ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynayan maliyyə institutlarıdır. Rəqəmsal bankçılıq, İT transformasiya, qabaqcıl risk menecment təcrübəsi və real sektora təqdim olunan innovativ maliyyə alətləri istiqamətində banklarla maraqlı müzakirələrimiz oldu. Keçirdiyimiz görüşlər, əldə edilən təcrübə Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti üçün, inanırıq ki, çox faydalı olacaq”.
Abbas İbrahimov xarici banklarla, o cümlədən Türkiyə bankları ilə əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə banklarına yüksək nəticələr qazandırmış bir sıra uğurlu yanaşmalar, innovativ texnologiyalar bazarın xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Beynəlxalq Bankının strategiya layihəsində də nəzərə alınacaq və gələcək fəaliyyətində tətbiq ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























