“Cash by Code” xidməti artıq IBAm-da
(®) Azərbaycan Beynəlxalq Bankı IBAm istifadəçilərini yeniliklərlə sevindirməkdə davam edir. IBAm-ın çoxsaylı funksiyaları sırasına artıq “Cash by Code” xidməti də əlavə olunub. IBAm istifadəçiləri indi öz mobil telefonları vasitəsilə bu xidmətin üstünlüklərindən rahatlıqla faydalana bilərlər.
“Cash by Code” son dərəcə asan pulköçürmə xidmətidir. Bunun üçün Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibi və IBAm istifadəçisi olmaq kifayətdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər heç bir bank ofisinə getmədən kartı olmayan şəxslərə pul göndərə, yaxud plastik kartları üzərlərində olmadığı hallarda da bankomatdan nağd pul çıxara bilərlər.
Xidmətdən istifadə etmək üçün kart sahibi IBAm-a daxil olaraq “Köçürmələr” bölməsində “Cash by Code” xidmətini seçir. Məbləği, valyutanı və vəsaiti əldə edəcək şəxsin mobil nömrəsini daxil edir. Bu zaman sistem kodun birinci hissəsi olan xüsusi 5 rəqəmli kod yaradaraq onu telefonun ekranında əks etdirir. Həmin kod paralel olaraq vəsaiti göndərən şəxsə SMS vasitəsilə də daxil olur. Eyni zamanda vəsaiti əldə edəcək şəxsin mobil nömrəsinə də kodun ikinci hissəsi olan 5 rəqəm SMS vasitəsilə daxil olur.
Yekunda 10 rəqəmli kodu, göndərilən vəsaitin məbləğini və valyutasını bankomatın “Cash by Code” bölməsinə daxil etməklə vəsaiti nağdlaşdırmaq mümkündür.
IOS və Android istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank
App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Azərbaycan Beynəlxalq Bankının internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az
Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 50 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























