Daşınmaz dövlət əmlakının idarəçiliyində daha bir yenilik
Qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı
Əmlak Məsələləri Dövlət Komitəsi daha bir yeniliyə imza atıb.
Artıq dövlət müəssisələri əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirə bilər. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.
“Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” xidməti dövlət müəssisələri və komitə arasında elektron əlaqələrin yaradılmasına, şəffaflığın artırılmasına, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə şərait yaradır. Bundan başqa onlayn formada qəbul qeydiyyat vərəqələrinin elektron arxivinin təşkilini təmin edir.
Yeni yaradılan xidmətdən istifadə rahat və sürətlidir. Belə ki, dövlət müəssisələrinə dair qeydiyyat vərəqəsinin elektron formada göndərilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 39-cu elektron xidmət olan “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” bölməsinə daxil olunur. Hesabatı təqdim edən hər bir dövlət müəssisəsi üçün müəyyən edilmiş kod və şifrəni yazmaqla sistemə daxil olmaq mümkündür. Bundan sonra həmin dövlət müəssisələri haqqında ümumi məlumatlar (müəssisənin balansında olan, yeni qəbul edilmiş, balansdan çıxarılmış, istifadədə olan, lakin balansda olmayan əmlaklar) ekranda göstərilir. Hazırlanan hesabat elektron formada komitəyə göndərilir və «Bildiriş» düyməsini sıxmaqla hesabatın təqdim edilməsini təsdiq edən bildiriş əldə olunur. Komitəyə göndərilən hesabat araşdırıldıqdan sonra müvafiq ərazi idarələrinə göndərilir. Regional qurumlarda araşdırılıb və yerində yoxlandıqdan sonra uyğun hesabatlar Registr bazasına elektron qaydada yazılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























