Müasir heyvan kəsimi və ət satışı məntəqəsi fəaliyyətə başlayıb
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanlarının birgə faəliyyəti davam edir. Bu istiqamətdə sahibkarlar tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb. Növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb.
Məntəqədə gün ərzində 150-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsimini həyata keçirmək mümkündür. Eyni zamanda məntəqədə 20 satış yeri var ki, qəssablar satışı bu məntəqələrdə həyata keçirə bilərlər.
Məntəqədə kəsimdən öncə heyanlar baytar həkim tərəfindən müayinə olunur, kəsimdən sonra isə ət baytarlıq-sanitariya ekspertizası və laborator müayinədən keçirilir. Yalnız bundan sonra ətin satışına icazə verilir.
Agentlik tərəfindən aparılan təbliğat və təşfiqat işləri, eyni zamanda yerli icra strukturlarının əməli köməkliyi nəticəsində bu tipli heyvan kəsimi və ət satışı məntəqələrinin yaxın gələcəkdə ölkə üzrə bütün rayonlarda sayının artırılması nəzərdə tutulub.
Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.
Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarları müasir heyvan kəsimi fəaliyyəti sahəsində aktiv fəaliiyətə dəvət edir və bu istiqamətdə Agentliyin mütəxəssisləri tərəfindən müraciət edən sahibkarlara peşəkar və metodiki köməkliklərin göstəriləcəyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








