“Mətanət A” şirkəti İnşaatçılar Gününü inşaatçı tələbələrlə qeyd etdi
(®) Azərbaycanın tikinti materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “Mətanət A” şirkəti İnşaatçılar Günü münasibətilə Memarlıq və İnşaat Universitetində tədbirlər keçirib.
Tədbirin rəsmi hissəsində şirkətin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Prof. Dr. Elxan Bəşirovun “Quru inşaat qarışıqları komponentlərinin aktivləşdirilməsi ilə effektivliyinin artırılması” adlı kitabının təqdimat mərasimi baş tutub.
Mərasimdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Universitetin Elmi Şurasının üzvü Bayram Aslanov kitabı ali məktəb tələbələri üçün çox önəmli bir elmi araşdırma kimi qiymətləndirib. Universitetlərin bir çoxunun azərbaycandilli dərs vəsaitləri baxımından çətinliklərlə üzləşdiklərinə diqqəti yönəldən cənab Aslanov sırf inşaat sektoru ilə bağlı olan şirkətin rəhbəri tərəfindən belə bir kitabın İnşaatçılar Günündə təqdim olunmasının tələbələrə və inşaat sektorunun inkişafına verilən bir töhfə olduğunu vurğulayıb.
Daha sonra çıxış edən “Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Tural Abbaslı inşaat sektorundakı yeniliklər, bu sahənin inkişafı haqqında fikir söylədi. Məhz respublikamızda “İnşaatçılar Günü”nün təsis olunmasının da tikinti sektoruna olan xüsusi diqqət və qayğının göstəricisi olduğunu bildirib.
Tural Abbaslı həm şirkətin fəaliyyəti, məhsul kateqoriyaları, yenilikləri haqqında həm də Elxan Bəşirovun kitabı ilə bağlı da tələbələrə ətraflı məlumat verib: “Artıq 19 ildir inşaat sektorunda uğurla fəaliyyət göstərən “Mətanət A” şirkəti bu illər ərzində yerli və xarici istehlakçıların geniş rəğbətini qazanıb. 200-dən artıq ticarət markasına, 1000-dən çox məhsul çeşidinə malik şirkət, bu gün həm innovativ texnologiyaların tətbiqi, həm qloballaşma, həm də müasir menecment metodlarının tətbiqi nəticəsində öz sektorunda lider şirkətlərdən biri kimi uğurla fəaliyyət göstərməkdədir. Eyni zamanda təqdimatını etdiyimiz bu kitab da uzun müddətli elmi araşdırmaların nəticəsi kimi müasir Azərbaycanın tikinti sektorunda quru qarışıqların hazırlanmasına həsr olunan, Ana dilimizdə yazılmış, önəmli kitablardan biridir. Tam əminəm ki, bu kitab inşaat sektorunda çalışan, təhsil alan hər kəs üçün əvəzolunmaz bir vəsait olacaq”.
Təqdimat mərasiminin sonunda kitabların bir hissəsi tələbələrə paylanıb, bir hissəsi isə ali təhsil ocağının kitabxanasına hədiyyə edilib.
Daha sonra tədbir “Mətanət A” şirkətinin Memarlıq və İnşaat Universiteti ilə birgə təşkil etdiyi tələbələr arasında “Güc BİLİKdədir” adlı intellekt yarışı ilə davam etdirilib. “Mətanət A” şirkətinin markaları əsasında adlandırılmış “Mətanət A”, “Ağdağ”, “Rokol” və “AZERLIME” komandaları arasında gərgin bilik mübarizəsi olub. Tələbələrin də böyük diqqətlə izlədiyi maraqlı müsabiqənin nəticəsində komandalar arasında ən çox xal toplayan “Mətanət A” ən güclü komanda olaraq qalib olub. Qalib komandaya kubok, sertifikat, pul və digər hədiyyələrlə mükafatlandırılıb. Qeyd etmək lazımdır ki, hər zaman sektorun inkişafına xüsusi diqqət göstərən “Mətanət A” şirkəti artıq uzun müddətdir ki, Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq edir və mütəmadi olaraq elmi təcrübə proqramlarının təşkilində aktivlik nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
49 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)






.jpg)





