“AFBİA” və “İnvestAZ” Mingəçevir Dövlət Universitetində təlim keçib
Mingəçevir Dövlət Universitetində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi (AFBİA), “İnvestAZ İnvestisiya Şirkəti” QSC və Mingəçevir Dövlət Universitetinin birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Strateji Yol Xəritəsi qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanmışdır. Sənəd maliyyə xidmətləri sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri əsasında hazırlanmışdır.
Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının təmin edilməsi və maliyyə savadlılığının artırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Bu istiqamət üzrə institusional islahatlar aparılmış, istehlakçıların hüquqlarının effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasında və əhalinin maarifləndirilməsində irəliləyişlərə nail olunmuşdur. Bununla belə, maliyyə xidmətləri sektorunun inkişafı, maliyyə vasitəçiliyinin dərinləşməsi, maliyyə sektoru və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişlənməsi maliyyə xidmətləri istehlakçılarının maraqlarının qorunmasını və maliyyə savadlılığının artırılmasını zəruri edir.
Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən "İnvestAZ" şirkətinin tədris meneceri Rövşən Məmmədov və analitik Anar Qəhrəmanov maliyyə savadlılığı çərçivəsində Mingəçevir Dövlət Universitetində olub, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti, Maliyyə, Mühasibat uçotu və audit və digər iqtisad yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşərək təlim keçiblər.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dosent Nüşabə Qədimli açaraq qonaqları auditoriya iştirakçılarına təqdim edib görüşün məqsəd və mahiyyətindən bəhs edib. Seminarda iştirak edən qonaqlara və professor-müəllim və tələbə heyətinə universitetin rektoru Akif Hacıyevin salamlarını yetirib və seminarın işinə uğurlar arzuladığını qeyd edib.
İnvestAZ şirkətinin tədris meneceri Rövşən Məmmədov qeyd edib ki, İnvestAZ, Azərbaycan investisiya bazarını inkişaf etdirmək və bu bazara yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır. “İnvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
R.Məmmədov bildirib ki, InvestAZ İnvestisiya Şirkəti ölkənin yeganə fond birjası olan Bakı Fond Birjasının həm səhmdarı həm də üzvüdür. Şirkət gələcək ehtiyaclarını qarşılamaq üçün insan resurslarını və texnoloji infrastrukturunu inkişaf etdirib.
R.Məmmədov qeyd edib ki, ölkəmiz gənc, bacarıqlı və təşəbbüskar insan kapitalına malikdir. Bu özü özlüyündə ölkədə iqtisadiyyatın bütün sahələrində inkişafı təşviq edən faktor sayılır. Neft kapitalının real bazar iqtisadiyyatına qatdığı dəyər, ümumilikdə inkişaf potensialını daha da çoxaldır. Paralel inkişafın kapital bazarında da hiss olunması üçün fәrdi investor kütlәsinin vә bazar hәcmlәrinin arzu olunan sәviyyәyә çatması lazımdır. Buna baxmayaraq investisiya dünyasındakı inkişafın nәticәsi olaraq, insanlar bir-birindәn fәrqli investisiya vasitәlәri ilә tanış olmaqda davam edir. Bu inkişaf istər fərdi insanların həyatına, istərsə də ölkə iqtisadiyyatına müsbət təsir göstərir. İnvestisiya dilini sadələşdirməklə fərdləri cəsarətləndirmək, yaxşı təlim keçmiş investorlar yetişdirmək "InvestAZ" şirkətinin hədəfidir.
R.Məmmədov vurğulayıb ki, fərdi investor sayını artırmaq və korporativ investisiya vasitələrinə olan marağı oyatmaqla şirkətin, başlıca məqsədlərindən biri Azərbaycanı dünyanın maliyyə mərkəzlərindən birinə çevirməkdir. İnvestAZ, bütün əməkdaşları ilə birlikdə bu məqsədə yönəlmiş fəaliyyətini davam etdirir və davam etdirəcəkdir.
Sonra Rövşən Məmmədov Maliyyə bazarları – Birjalar haqqında, birjanın növləri, birjanın iştirakçıları; Birjada ticarətin motivləri; Maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı; Marjinal ticarət. Kredit çiyni; MetaTrader 4 (ticarət platforması) izahı; Analitik təhlil üsulları; Best İnvestor – yarışması haqqında geniş məlumat verib.
Qeyd edək ki, ümumilikdə təlim çox interaktik şəkildə keçib və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
18 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 15 saat sonra
-
- 2 d. əvvəl
- 7 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
-
1 saat əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
1 saat əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
-
2 saat əvvəl
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
-
3 saat əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
Ən çox oxunanlar
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib



























