Azərbaycanın sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivlərinin 66,2%-i qısamüddətli, 33,8%-i isə uzunmüddətli olub.
Bu nisbət ötən il yanvarın 1-nə 81,4% - 18,6% təşkil edib. Başqa sözlə, 2018-ci ildə sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb, uzunmüddətli aktivlərin xüsusi çəkisi isə artıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Qısamüddətli aktivlərin payı 20 şirkətdən 7-də 90-100% arasında, 1 şirkətdə 80-90% arasında, 5 şirkətdə 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 1 şirkətdə 60%, 2 şirkətdə isə 50-60% arasında, 1 şirkətdə isə 40-50% arasındadır. Başqa sözlə, uzunmüddətli aktivlərin payı 20 şirkətdən 7-də 0-10% arasında, 1 şirkətdə 10-20% arasında, 5 şirkətdə 20-30% arasında, 3 şirkətdə 30-40% arasında, 1 şirkətdə 40%, 2 şirkətdə 40-50% arasında, 1 şirkətdə isə 50-60% arasındadır.
"Naxçıvan Sığorta" aktivlərinin tərkibini açıqlamayıb.
№ | Sığorta şirkətinin adı | Şirkətin aktivlərində | |
Qısamüddətli aktivlərin payı | Uzunmüddətli aktivlərin payı | ||
1 | Amrah Sığorta | 99,7% | 0,3% |
2 | Azərbaycan Sənaye Sığorta | 95,7% | 4,3% |
3 | Atəşgah Həyat Sığorta | 94,0% | 6,0% |
4 | İpək Yolu Sığorta | 93,9% | 6,1% |
5 | Qala Sığorta | 93,7% | 6,3% |
6 | Standard Insurance | 93,1% | 6,9% |
7 | A-Qrup Sığorta | 91,7% | 8,3% |
8 | Azsığorta | 89,3% | 10,7% |
9 | PAŞA Sığorta | 75,1% | 24,9% |
10 | AXA Mbask | 73,3% | 26,7% |
11 | Atəşgah Sığorta | 70,7% | 29,3% |
12 | Azərsığorta | 70,6% | 29,4% |
13 | Günay Sığorta | 70,5% | 29,5% |
14 | Meqa Sığorta | 66,8% | 33,2% |
15 | Bakı Sığorta | 63,1% | 36,9% |
16 | Rəvan Sığorta | 62,7% | 37,3% |
17 | Qala Həyat Sığorta | 60,0% | 40,0% |
18 | Atasığorta | 57,0% | 43,0% |
19 | Xalq Sığorta | 53,2% | 46,8% |
20 | PAŞA Həyat Sığorta | 43,3% | 56,7% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 66,2% | 33,8% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















