Azərbaycanın daha bir böyük bankı maliyyə vəziyyətini açıqladı
Azərbaycanın ən böyük banklarından biri olan “Xalq Bank” daha da böyüyüb, müştərilərə verilən kreditlər artıb. Eyni zamanda, bankın gəlirləri və mənfəəti stabil qalıb.
“Xalq Bank” 2019-cu ilin 1-ci rübünü 7 milyon 199 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azdır. Bank 2018-ci ilin 1-ci rübünü 7 milyon 522 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Xalq Bank”ın cəmi gəlirləri 30 milyon 121 min manat, cəmi xərcləri 20 milyon 212 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 9 milyon 910 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 1 milyon 58 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayrılıb (ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə az).
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Xalq Bank”ın cəmi gəlirləri 30 milyon 133 min manat, cəmi xərcləri 14 milyon 322 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bankın 15 milyon 811 min manat əməliyyat mənfəəti formalaşmışdı. Əməliyyat mənfəətinin 8 milyon 299 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayrılmışdı.
2018-ci ilin 1-ci rübündə “XalqBank”ın faiz gəlirləri 27 milyon 87 min manat ikən, 2019-cu ilin 1-ci rübündə 27 milyon 347 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 milyon 45 min manatdan 2 milyon 774 min manata geriləyib.
2019-cu ilin ilk rübündə “XalqBank”ın cəmi gəlirləri demək olar ki, dəyişməsə də, cəmi xərcləri; faiz borcları üzrə yaradılmış məqsədli ehtiyat xərclərinə (3 milyon 3 min manat) və qeyri-faiz xərclərinin artmasına (2 milyon 884 min manat artım) görə 5 milyon 890 min manat və ya 41% yüksəlib. Cəmi xərclərin artması əməliyyat mənfəətinin azalması ilə nəticələnmişdir. Bankın faiz xərcləri dəyişməmişdir.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə “Xalq Bank”ın qeyri-faiz xərcləri 34% artaraq 11 milyon 439 min manata yüksəlib.
Eyni zamanda, “Xalq Bank” ehtiyatlara ayırmanı kəskin azaldıb və ötən ilin ilk rübündən fərqli olaraq 1 milyon 751 min manat mənfəət vergisi ödəyib.
Ehtiyatlara ayırmanın azalması ilə əlaqədar olaraq “Xalq Bank”ın mənfəəti kəskin azalmayıb.
BANK BÖYÜYÜB
31 Mart 2019-cu il tarixində “Xalq Bank” 2 milyard 214 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 458 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
31 Dekabr 2018-ci il tarixində “Xalq Bank” 2 milyard 81 milyon manat cəmi aktivlərə malik idi. Aktivlərin 1 milyard 383 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Təkcə ilk rübdə müştərilərə verilmiş kreditlər 75 milyon 843 min manat və ya 5,5% artıb. Ötən ilin sonu ilə müqayisədə cəmi aktivlər isə 206 milyon 175 min manat və ya 10,3% çoxalıb.
31.03.2019-cu il tarixində “Xalq Bank” 281 milyon 397 min manat məcmu kapitala malik olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























