"AccessBank"ın sədri: Proqnozlarımız özünü doğrultdu, əməliyyat mənfəəti əldə etdik
AccessBank 2019-cu ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Bankın depozit portfeli ənənəvi şəkildə artım nümayiş etdirib: "Belə ki, ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna depozit portfeli 13,8% artaraq 570,112 mln. manata çatıb. Göründüyü kimi, əmanətlərini AccessBank-a etibar edənlərin sayı durmadan artmaqdadır.
Daha əvvəl menecmentin də proqnozlaşdırdığı kimi, bank cari ilin ilk rübündə əməliyyat zərərini mənfəətə çevirə bilib. Martın sonuna AccessBank-ın xalis əməliyyat mənfəəti 17,339 mln. manat təşkil edib".
Məlumatda qeyd edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə yanvar-mart ayları ərzində bankın gəlirləri 6,2 dəfə artaraq 32,580 mln. manata yüksəlib.
Hesabat dövrünün sonuna bankın ani likvidlik əmsalı 91,32% təşkil edib ki, bu da normadan 3 dəfə çoxdur. Başqa sözlə, bankda kifayət qədər likvid vəsait mövcuddur.
Arxada qoyduğumuz rüb ərzində baş tutan kapitallaşma prosesindən sonra məcmu kapital 89,8 mln. manata çatıb və normanı 1,8 dəfə üstələyir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,36%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,05% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,4 dəfə çoxdur.
Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov: "Səhmdarların strukturundakı dəyişiklik ərəfəsində biz yeni biznes strategiyamızı hazırladıq və ilk rübün sonuna olan göstəricilərimiz onu göstərir ki, bank plan üzrə irəliləyir. Bir neçə göstəriciyə toxunaraq fikirlərimi əsaslandırmaq istərdim. Bundan öncə də bəyan etdiyimiz kimi, ilk rübdə bank əməliyyat mənfəəti əldə etməli idi və hesabata nəzər salanda görmək olar ki, proqnozlarımız özünü doğrultdu. Onu da proqnozlaşdırmışdıq ki, bank hələlik zərərlə fəaliyyət göstərəcək və hazırda zərərimiz 74,6 mln. manat təşkil edir. Bunun səbəbi aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ayırdığımız xüsusi ehtiyat məbləğinin artmasıdır. Burada vacib məqamlardan biri də odur ki, artıq problemli krediti olan müştərilərə kompensasiyaların ödənilməsi prosesi start verib. Bu isə AccessBank-ı ehtiyatların bir qismindən azad edəcək. Biz ölkə başçısı tərəfindən imzalanan müvafiq fərmanı növbəti sosialyönümlü layihə kimi qiymətləndiririk. Bu addım əhalinin sosial həssas qrupuna və bank sektoruna ciddi dəstək olacaq. Ümumilikdə, rüb sonuna olan göstəricilərimiz onu deməyə əsas verir ki, AccessBank olduqca dayanıqlı maliyyə təşkilatı olaraq qalır və müştəriləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir".
Qeyd edək ki, bankın nizamnamə kapitalı 118,460 mln. manat artaraq 258,718 mln. manata çatıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























