“Unibank” 2019-a necə başlayıb? - BANK MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“Unibank” ASC 2019-cu ilin 1-ci rübünü 6 milyon 830 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Unibank” 2018-ci ilin 1-ci rübünü 4 milyon 739 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 44% artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar – mart dövründə “Unibank”ın cəmi gəlirləri (faiz və qeyri faiz gəlirləri) 24 milyon 366 min manat, cəmi xərcləri 22 milyon 820 min manat təşkil edib. Cəmi gəlirlər cəmi xərcləri üstələdiyindən “Unibank”ın 1 milyon 546 min manat əməliyyat mənfəəti formalaşıb. Eyni zamanda, ehtimal olunan kredit zərərləri üçün yaradılmış ehtiyatın 5 milyon 292 min manatı azad olduğundan Bankın mənfəəti 6 milyon 838 min manata yüksəlib. Bank 8 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “Unibank”ın cəmi gəlirləri 15 milyon 336 min manat, cəmi xərcləri isə 18 milyon 868 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən Bankın 3 milyon 532 min manat əməliyyat zərəri yaranmışdı. Əvvəlki illər yaradılmış ehtiyatların 8 milyon 271 min manatı gəlirə çevrildiyindən əməliyyat zərəri bağlanmış və Bankın 4 milyon 739 min manat xalis mənfəəti qalmışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2019-cu il tarixində "Unibank" 736 milyon 461 min manat cəmi aktivlərə, 673 milyon 768 min manat cəmi öhdəliklərə və 62 milyon 93 min manat cəmi balans kapitalına malik olub. 31 Dekabr 2018-ci il tarixində “Unibank” 693 milyon 877 min manat cəmi aktivlərə, 638 milyon 642 min manat cəmi öhdəliklərə və 55 milyon 236 min manat cəmi balans kapitalına malik idi.
İlk rübdə "Unibank"ın müştərilərə verdiyi kreditlər 12 milyon 155 min manat artaraq 399 milyon 808 min manata çatıb.
31 Mart 2019-cu il tarixində "Unibank" 55 milyon 291 min manat məcmu kapitala malik olub.
Xəbər verdiyimiz kimi, “Unibank” ASC 2017-ci ili 4 milyon 44 min manat, 2018-ci ili 30 milyon 300 min manat xalis mənfəət ilə başa vurmuşdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















