Dollara təsir edəcək önəmli məlumatlar açıqlanacaq
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı məlumatlarına fokuslanıb.
"Marja" xəbər verir ki, məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
ABŞ-da Apreldə kənd təsərrüfatı xaric məşğulluğun 181 min artacağı gözlənilir. Fevralda məşğulluq 196 min nəfər artmışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Apreldə də 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Martda da işsizlik 3,8% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq artım nisbətləri də açıqlanacaqdır.
Dolların qiymətləri "məşğulluq" məlumatı öncəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 10:00-da Avro/Dollar məzənnəsi 1.1172 səviyyəsində olub.
Fed-in faiz endirəcəyinə dair güclü gözələntilər ilə Dollar ucuzlaşmışdı. Dolların ucuzlaşması, ABŞ-da faiz endiriminə dair bazar gözləntilərinin azalması ilə yavaşlayıb. Fed sədri Cerom Pauel, ABŞ-da inflyasiyanın zəif gedişinin müvəqqəti faktorlardan qaynaqlanmış ola biləcəyini qeyd edərək, faiz endirimi üçün əhəmiyyətli bir səbəb olmadığını deyib. Bu açıqlama bazardakı narahatlığı azaldıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Saat | Valyuta | Açıqlanacaq məlumat | Proqnoz | Əvvəlki |
16:30 | USD | Orta Saatlıq Maaş (Aylıq) (Aprel) | 0,3% | 0,1% |
16:30 | USD | Orta Saatlıq Maaş (Əvvəlki İlə Nisbətən) (İllik) (Aprel) | 3,3% | 3,2% |
16:30 | USD | Kənd təsərrüfatı xaric Məşğulluq (Aprel)
| 181K | 196K |
16:30 | USD | İşsizlik Nisbəti (Aprel) | 3,8% | 3,8% |
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 16 d. əvvəl
- 25 d. əvvəl
-
36 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 41 d. əvvəl
-
52 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)












