"Prior Leasing" ilk dəfə Kənd Təsərrüfatı sərgisində iştirak edir - TEXNİKALAR VƏ HEYVANLAR LİZİNQLƏ
(®) "Prior Leasing" şirkətinin direktoru Azər Hümbətov: “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etməyimizin səbəbi aqrar sahədə islahatlardır.
“Bu il ilk dəfə olaraq “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib, sərginin əsas sponsorlarından olmuşuq. Bunun da səbəbi aqrar sahədə islahatlar - kənd təsərrüfatı texnikasının maliyyələşməsində bizim də iştirakımıza imkan yaradılmasıdır” – Caspian Agro sərgisində böyük həvəslə iştirakını "Prior Leasing" şirkətinin baş direktoru Azər Hümbətov belə izah edib.
Kənd təsərrüfatı texnikası və damazlıq heyvanları kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqlə təklif edən "Prior Leasing" sərgiyə iki stendlə qatılıb.
“Məqsədimiz daha çox fermer və sahibkarı məlumatlandırmaq, şirkətimizi tanıtmaqdır. Stendlərimizə maraq böyükdür. Bizdən kənd təsərrüfatı texnikasının lizinq şərtlərini soruşurlar və elə buradakı stendimizdə müştərilərdən sifariş qəbul edirik” – deyən Azər Hümbotov vurğulayıb ki, yaradılmış elektron müraciət sisteminə 2 gün ərzində 200-dən artıq müştəri sorğusu daxil olub.
“Müraciətlərin çoxluğunu nəzərə alıb, ərizə və sifarişlərin toplanması, məlumatlandırmanın dolğun aparılması üçün sərgiyə könüllülər cəlb etmişik. Öz stendimizdən başqa, əməkdaşlarımız 10 tərəfdaşımızın da stendində müraciətlər qəbul edir və məlumatlandırırlar. Hər bir fermer bizim əməkdaşlarımız olan istənilən stenddə texnika və damazlıq heyvanın lizinqlə satışı qaydalarını öyrənə və ya dərhal sifariş verə bilər” – lizinq şirkətinin rəhbəri deyib.
"Prior Leasing"in digər stendində damazlıq heyvanlar nümayiş etdirilir. Bu heyvanlar şirkətin xaricdən idxal etdiyi iri və xırdabuynuzlu heyvan cinsləridir. Şirkətin təklif etdiyi cins heyvanların dəyərinin 60%-i dövlət tərəfindən qarşılanır, qalan hissə isə sərfəli lizinq şərtləri ilə müştərilər tərəfindən ödənilir.
“Əminik ki, sərgidə olduğumuz müddətdə daha çox adamı dövlətin təklif etdiyi bu sərfəli təkliflər barədə məlumatlandıra, qəbul etdiyimiz müraciətləri real satışa çevirə biləcəyik” – "Prior Leasing" şirkətinin baş direktoru Azər Hümbətov bildirib.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























