“SOCAR Trading” şirkətinin bazar dəyəri açıqlanıb
Qiymətləndirmələrə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə “SOCAR Trading” məlumat yayıb.
Qeyd olunub ki, “SOCAR Trading” şirkəti yarandığı gündən bazardakı mövqeyinin inkişafının mütəmadi qiymətləndirilməsinin bir hissəsi olaraq, “Big 4” professional şirkətlərdən birini 30 iyun 2016-cı il tarixinə biznesinin qiymətləndirilməsi üçün seçib.
Qiymətləndirmənin nəticəsinə görə, 2016-cı il iyunun 30-u tarixinə “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. dollar olub: “Bu isə 2012-ci il 30 iyun tarixinə eyni şirkətin qiymətləndirdiyi 310 mln. dollarla müqayisədə “SOCAR Trading”in bazar dəyərinin təxminən 4 qat artıq olduğunu göstərir. “SOCAR Trading”in üçüncü tərəflərin xam neft mənbələrinə artan inamı, Şimali Amerika, Afrika və Asiya bazarlarında cəmləşən biznesin güclü inkişafı gələcək illərdə mütəmadi olaraq həcm və gəlirliliyinin artmasına gətirib çıxaracaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























