Samsung və Nokia səhmləri Huawei qərarı ilə bahalaşdı
Google-un Huawei ilə bağlı verdiyi qərar Çin nəhənginin rəqiblərinin səhmlərinin bahalaşmasına səbəb olub.
Səbəb Huawei-nin Android telefonlar istehsal edə bilməyərək bazar payını itirəcəyi və yerini rəqiblərinim tutacağının gözlənilməsidir.
"Marja" xəbər verir ki, Samsung-un səhmləri 2 faiz bahalaşıb və şirkətin bazar dəyəri 5 milyard dollar artaraq 233 milyard dollara qalxıb. Nokia-nın səhmlərinin bahalaşması 5 faizi keçib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xəbər verdiyimiz kimi, Google-un baş şirkəti Alphabet Huawei şirkətilə əməkdaşlığı dayandırıb. Huawei-nin yeni telefonlarında Android proqramlarına daxil olmaq münkün olmayacaq. İstifadəçilər Gmail və Youtube kimi proqramları istifadə edə bilməyəcəklər. Həmçinin, Android əməliyyat sistemini yeniləmək mümkün olmayacaq.
Yeni telefon almaq istəyənlərin Samsung və Nokia modellərinə yönələcəyi gözlənilir.
Huawei Samsung-dan sonra dünyada ən çox ağıllı telefon satan şirkətdir.
Daha ətraflı oxu: Google-ın Huawei qərarı bazara necə təsir edəcək?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























