“Huawei” qurğuları üçün yenilənmələr 90 gün ərzində əlçatan olacaq
Google kompaniyasının məlumatına əsasən, ABŞ hakimiyyətinin verdiyi müvəqqəti lisenziya sayəsində “Huawei” qurğuları üçün proqram təminatı, o cümlədən təhlükəsizlik sisteminin yenilənmələri yaxın 90 gün ərzindən əlçatan olacaq.
Bu barədə CNBC telekanalı xəbər verir.
“Telefonların yenilənməsi və onların təhlükəsizliyinin dəstəklənməsi bütün tərəflərin maraqlarına cavab verir. Bu müvəqqəti lisenziya növbəti 90 gün ərzində hazırda mövcud olan modellər üçün proqram təminatının və təhlükəsizlik sisteminin yenilənməsinə imkan yaradacaq”, - deyə “Google” kompaniyasının rəsmi nümayəndəsinin bəyanatında bildirilir.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.
Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.
Mayın 20-də ABŞ-ın Ticarət Nazirliyi kompaniyaya Birləşmiş Ştatlarda istifadə olunan mobil qurğular üçün proqram təminatını yeniləmə və şəbəkələrin xidmətini təmin etmə hüququnu 90 gün müddətinə bərpa edən müvəqqəti lisenziya verib.
2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)
