Azərbaycanda dollarla əməliyyatların həcmi 3,4 dəfə azalıb
2017-ci ilin yanvar ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,27 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,41 dəfə azalıb. Başqa sözlə, yanvarda ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 179 mln. 751,9 min ABŞ dolları olubsa, 2016-cı ilin yanvarında 612 mln. 494,7 min manat təşkil edib.
Bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı
121 mln. 516,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,23 dəfə azdır. Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 58 mln. 235,6 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,77 dəfə azdır.
2016-cı ilin yanvarı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,95 dəfə azalıb. Başqa sözlə, yanvarda avro ilə mübadilə əməliyyatlarının həcmi 18 mln. 134,2 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 35 mln. 298,9 min avro təşkil edib.
Ötən ay nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 12 mln. 555,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,22 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 5 mln. 578,4 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 25,33% azdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)











.jpg)




