Hesab.az hər zaman sosial layihələrə dəstək olur!
(®) GoldenPay şirkəti- Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır. Həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur.
Öncədən də qeyd etdiyimiz kimi, Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəyi göstərir. Hesab.az –ın “ASAN Məktub”- a növbəti dəstək layihəsi çərçivəsində Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını Dərhal dəyiş bölməsində “ASAN Məktub”-a dəstək üçün dəyişdilər. Hesab.az-ın istifadəçiləri ilə birlikdə dəyişdiyi 100.000.000 bonus sayəsində 1000 AZN məbləğində Asan Məktubda uşaqların ehtiyacları qarşılandı. Artıq uşaqlar hədiyyələrinə qovuşdular. Hesab.az komandası 1000 AZN məbləğində hədiyyələri alaraq “ASAN Məktub”- un rəsmi saytına əlavə edilən uşaqların arzularının bir qismini reallaşdırmış oldular.
Hesab.az eyni zamanda, kiçik Milanaya və Xəqaniyə dəstək olmaq məqsədiylə öz sosial media kanalları vasitəsiylə istifadəçilərinə müraciət etmişdir.
GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinc və gülüşə səbəb olmaq Hesab.az komandası üçün çox qürur verici hissdir. “ASAN Məktub”- un rəsmi saytında əlavə edilən arzuların reallaşmasına görə hər bir Hesab.az istifadəçisinə təşəkkür edirik. Biz həm “ASAN Məktub” layihəsinə həm də, digər xeyriyyə məqsədli layihələrə dəstək olaraq ictimai məsuliyyətimizi dərk edir və bu yöndə əlimizdən gəldiyi qədər cəmiyyətə faydalı olmağa çalışırıq.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)


















