Vaqonların təmirinə təxminən 3 milyon manat yönəldəcək
“Bakı Metropoliteni” QSC vaqonların təmiri üçün şirkət, eləcə də yolun üst quruluşunun elementlərinin tədarükçüsünü seçib. Bu barədə cəmiyyətdən məlumat verilib.
““Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması üzrə açıq tenderin qalibi "Nəqliyyat Təmir-təchizat" MMC olub və onunla 2 milyon 88 min manat dəyərində müqavilə bağlanıb.
Yolun üst quruluşunun elementlərinin satın alınması üzrə “Azərtranss” MMC və “VSP Komplekt “ MMC qalib elan olunub. "Azertranss" ilə 243 min 932 manat, "VSP Komplekt" ilə 354 min manat dəyərində müqavilələr bağlanıb.
Hər üç müqavilənin ümumi dəyəri 2 milyon 933 min 575 manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























