Türk Lirəsi üçün növbəti kritik gün
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Bazarlar bu qərara da fokuslanıb.
"Marja" xəbər verir ki, ilin əvvəlində inflyasiyada geriləmə olacağı proqnozu ilə İyunda faiz endirimi olacağı gözləntisi gündəmə gəlmişdi. Aprel ayı yığıncağında Mərkəzi Bankın pul siyasəti mətnindən "ehtiyac duyulması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsinin çıxardılması da İyunda faiz endirimi olacağı gözləntilərini qüvvətləndirmişdi.
Ancaq əksər mütəxəssis inflyasiya, Türk Lirəsi və bir sıra qeyri-müəyyənliklər səbəbilə bankın bu toplantını da pas keçəcəyini gözləyirlər.
Mərkəzi Bankın bu həftəki yığıncağı İstanbul seçkiləri əvvəli son yığıncaq olması baxımından da mühümdür.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Bloomberg"in 19 təşkilatla apardığı sorğuya görə, "QNB Finansbank" 50 bənd faiz endirimi gözləyərkən, digər təşkilatlar aizin dəyişməyərək 24%-də qalacağını gözləyirlər.
"GƏLƏCƏK YIĞINCAQLARDA OLA BİLƏR"
"Özyeğin" Universitetindən Gizem Öztok Altınsaç bildirib: "TL sakitləşmiş vəziyyətdədir. TL-ni narahat edəcək risk etməyə ehtiyac yoxdur. Seçki əvvəlində necə bir 2 həftə keçirəcəyimizi bilmirik. Həm də İyun inflyasiyasını da görək. İnflyasiya 20%-dən aşağı düşüb. Gərək 18%-dən aşağıları görək. Qarşıdakı yığıncaqlarda faiz endirimi ola bilər"
"MÜHİT YARANIR"
"Ata Yatırım"ın direktoru Cem Tözge bu yığıncaqda faizlər sabit saxlansa belə Mərkəzi Bankın iyul yığıncağına dair hansı mesajlar verəcəyi mühümdür. Çünki faiz endirimi üçün mühit yaranmaqdadır.
"İNFLYASİYANIN ENİŞİ KAFİ DEYİL"
"TEB Yatırım/BNP Paribas"ın Araşdırma Müdiri Övünç Gürsoy, Fed-in ola biləcək bir faiz endiriminin Mərkəzi Bankının imkanını gücləndirəcəyini qeyd edərək, "ancaq inflyasiyanın düşməsi məncə faiz endirimi etmək üçün kafi deyil. Mən il sonuna qədər 300 bəndə qədər endirim olacağını düşünürəm, amma seçkidən sonrakı vəziyyəti və S400 mövzusunu görmək lazımdır. Bunlar qısamüddətli ən əhəmiyyətli risklərdir..",- deyib.
FAİZ ENDİRİMİ GÖZLƏYƏN DƏ VAR
"Turkey Macro View Consulting"in İdarəçi direktoru İnanc Sözer faiz endirimi gözlədiyini bildirib:
Sözer "Fed-in tonunun yumşalacağı siqnalı, cümə günü açıqlanmış kənd təsərrüfatı xaric məşğulluq məlumatından sonra faizlərin geriləyə biləcəyi ehtimalının qiymətlərdə əks olunmağa başlaması ilə Mərkəz Bankın mövqeyi dəyişmiş ola bilər.
Mən az da olsa faiz endirimi görəcəyimizi düşünürəm. Bu endirimin nə ölçüdə olacağı əhəmiyyətli olacaq, bu bir faiz endirim dövrünün başlanğıcıdırmı, bu da izləniləcək", deyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım














.jpg)






.jpg)




